“Qəbələ”nin hücumçusu ailəsi ilə Dubayda istirahət etdi

25 Sentyabr 2022 16:40 Qəbələ 557
“Qəbələ”nin hücumçusu ailəsi ilə Dubayda istirahət etdi

Milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilə futbolçuların işinə yarayıb.

Avrokubok matçlarının və mövsümün ilk 7 turunun yorğunluğunu canından atmağa çalışan “top ustaları“ istirahətdən müxtəlif cür yararlanmağa çalışıb.

“Qəbələ”nin braziliyalı legioneri Ramon Maçado isə Azərbaycanda qalmağa gərək duymayıb.

O, həyat yoldaşı və azyaşlı oğlu ilə birgə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Maçado “instagram” hesabında hazırda Dubayda olması ilə bağlı paylaşım edib.

Ötən mövsüm “Qəbələ”nin şərəfini qorumuş cənubi amerikalı forvard cari mövsümdə bölgə təmsilçisinin heyətində 7 matçda 2 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"