"Qəbələ" baş məşqçisini istefaya göndərmədi, amma…

15 Sentyabr 2022 14:00 Qəbələ 1 234
"Qəbələ" baş məşqçisini istefaya göndərmədi, amma…

Premyer Liqanın son 3 turunda məğlubiyyətə uğrayan «Qəbələ»də toplantı keçirilib.

Yığıncaqda komandanın düşdüyü vəziyyət müzhakirə edilib, nəticələrin pisləşməsindən narahatlıq ifadə olunub.

Düzdür, rəsmilər Elmar Baxşıyevin istefasını gündəmə gətirməyib, amma bu, sentyabrın 17-də mümkün ola bilər.

«Qırmızı-qaralar» həmin gün 7-ci tur çərçivəsində «Sumqayıt»ı qəbul edəcək. Kollektivin qarşısına mütləq surətdə qələbə qazanmaq məqsədi qoyulub.

«Sabah», «Zirə» və «Neftçi»yə uduzan əyalət təmsilçisi turnir cədvəlində 6-cı pilləyə enib. Klub rəhbərliyini ən çox qıcıqlandıran son turda «Neftçi»yə yenilginin Baxşıyev tərəfindən adi qarşılanmasıdır.

Çünki o, matçdan sonra mətbuata verdiyi açıqlamada «mən razıyam. həmişə belə oynayaq» ifadəsini işlədib və bu sözlərinə görə sosial şəbəkələrdə də ciddi tənqidlərə məruz qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"