"Qəbələ" yeni mövsümə Divizionda başlamayacaq, Premyer Liqada qalacaq

5 Sentyabr 2022 17:40 Qəbələ 2 933
"Qəbələ" yeni mövsümə Divizionda başlamayacaq, Premyer Liqada qalacaq

Bu mövsüm Premyer Liqada sonuncu yeri tutacaq iştirakçı gələn «futbol ili»nə I Divizionda başlayacaq.

Hər halda AFFA-nın baş katibi Sərxan Hacıyev belə bir iddia ilə çıxış edib.

Elxan Məmmədovun öz yerinə qoyub getdiyi kadr bir müddət əvvəl İTV-də efir alaraq, bu açıqlamanı verib.

Aşağı liqaya düşməmək uğrunda miübarizə gərgin keçəcək. «Qəbələ» bu yarışmada opponentlərindən bir addım öndədir.

Elmar Baxşıyevun komandasını hədəfə çatdıracağına, orta sıralardan birini tutacağına ümidim böyükdür. «Zirə» ilə dünənki qarşılaşma bəndənizin gəldiyi qənaəti bir qədər də möhkəmləndirdi.

«Qəbələ» mənsubları əlini qoysun ürəyinin üstünə və rahat olsun - Baxşıyev ən real vəzifənin öhdəsindən gələcək.

Çempionatı tərk eləməyə namizədlər arasında ən baxımlı futbolu «Qəbələ» göstərir. İnanmıram ki, hakimliklə bağlı hansısa ciddi problemlə üzləşsinlər.

Görürsüz, day «fit sahibləri» də əvvəlkitək komandanı sıxmır. «Sabah»la ötən qarşılaşmada olduğu kimi, «Zirə» ilə dünənki oyunda da referi «Qəbələ»yə simpatiya bəslədi.

Mübahisəli epizodda ev sahiblərinin qapısına təyin edilən penalti ilə hesabı açan qonaqların 90 dəqiqəni məğlub tamamlamasının səbəblərinə gəlincə, bunun üzərində çox dayanmağa dəyməz.

Çünki «Qəbələ»nin yenidən avrokuboklara iddia etməsinə gücü çatmır, bu, aydındır. Təkrar belə bir istəyə düşməkləri lap ağ olar.

«Qəbələ»nin «bab»ı elə «Kəpəz»dir, «Turan Tovuz»dur, «Şamaxı»dır, «Səbail»dir. Digərlərinə baş qoşmasınlar, zaman itirərlər.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!