Məlum olduğu kimi, AFFA İntizam Komitəsi "Qəbələ"ni 4000 manat məbləğində cərimələyib.
Buna komandanın azarkeşlərinin Premyer Liqanın IV tur oyununda kütləvi şəkildə təhqiramiz ifadələrə yol verməsi səbəb olub.
Demə, "qırmızı-qaralar"ın tərəfdarları 0:2 hesabı ilə yenildikləri görüşdən sonra "Sabah"ın paltardəyişmə otağına daxil olmağa çalışıb.
Yerli publikanı hiddətləndirən qonaqların hücumçusu Coy Lens Mikelsin ikinci qolu vurandan sonra onlara tərəf gələrək, sevinc hissini qeyd etməsidir.
Fanatların təhdidindən ehtiyatlanan təhlükəsizlik personalı "Sabah"ın futbolçularına bir xeyli içəridə saxlayıb, dəhlizə çıxmaqlarına icazə verməyib.
Bütün bu hadisələr yaxınlıqdakı bəzi şəxslər tərəfindən görüntülənib. Lakin yerli klub funksionerlərinin israrlı xahişlərindən sonra çəkilişlər silinib.
SPORTİNFO.AZ

