"Qəbələ" rəhbərliyi fikrini dəyişdi, AFFA-nın çağırışına "yox" dedi - GƏRGİNLİK

2 Sentyabr 2022 11:40 Qəbələ 2 097
"Qəbələ" rəhbərliyi fikrini dəyişdi, AFFA-nın çağırışına "yox" dedi - GƏRGİNLİK

«Qəbələ» ilə AFFA arasında fikir ayrılığı yaranıb.

Əyalət klubu federasiyanın Müşahidə Şurası yaratmaqla bağlı təklifini əvvəl qəbul etsə də, son anda fikrini dəyişib.

«Qarabağ»ın ardınca «qırmızı-qaralar» da bu yeniliyin tətbiqinin onlara uyğun gəlmədiyini qurumun diqqətinə çatdırıb.

AFFA 7 il qabaq Müşahidə Şurası ideyasını ortaya atıb. Bu müddətdə yalnız federasiyaya bağlı Premyer Liqa təmsilçiləri şura yaradıb.

İndi vəziyyət bir qədər fərqlidir. AFFA klubları Premyer Liqanın yeni titul sponsoru ilə qorxudur.

Bildirir ki, kim şura praktikasından istifadə etməsə, 3 milyon manatlıq yardım paketindən məhrum ediləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti