UEFA Gənclər Liqasında 2022/23 mövsümünün Çempionlar yolunun püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə ilk iki mərhələnin cütləri bəlli olub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin rəqibi də müəyyənləşib.
19 yaşadək futbolçulardan ibarət komanda ilk raundda Xorvatiya “Hayduk”u ilə qarşılaşacaq.
Bu mərhələnin görüşləri sentyabrın 14-də və oktyabrın 5-də keçiriləcək. “Qırmızı-qaralar” ilk matça səfərdə çıxacaq.
Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəlli olub. “Qəbələ” mərhələ adlasa, “Astana” (Qazaxıstan) – “Apolloniya” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu mərhələnin qarşılaşmaları oktyabrın 26-da və noyabrın 2-də təşkil olunacaq. “Hayduk” – “Qəbələ” cütünün qalibi ilk matçımı səfərdə keçirəcək.

