Azərbaycanlı futbolçunun çarpaz bağları qopdu, əməliyyat olunacaq

31 Avqust 2022 00:30 Qəbələ 1 589
Azərbaycanlı futbolçunun çarpaz bağları qopdu, əməliyyat olunacaq

“Qəbələ” zədəli futbolçularının durumu ilə bağlı açıqlama yayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda üç futbolçu komandanın məşq prosesində iştirak etmir.

Sağ ayağının çarpaz bağları qopan Rüfət Əhmədov həftəsonu əməliyyat olunacaq.

Ürfan Abbasov və Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirirlər. Zədədən sonrakı bərpa dövrünü başa vuran Gülağa Əsədov isə “Qəbələ-2”nin məşqlərinə qoşulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti