MÜBAHİSƏLİ VİDEO: “Onun üstünə getmək düzgün deyil, bu çəkilişə kim baxsa…”

30 Avqust 2022 20:00 Qəbələ 1 137
MÜBAHİSƏLİ VİDEO: “Onun üstünə getmək düzgün deyil, bu çəkilişə kim baxsa…”

“Bu epizoda görə hakimləri günahlandırmaq qətiyyən düzgün deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında beynəlxalq dərəcəli hakim Rəhim Həsənov deyib.

O, Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Qəbələ” - “Sabah”la matçında (0:2) qeydə alınan mübahisəli epizod haqda fikirlərini bölüşüb.

Məsələ budur ki, “qırmızı-qaralar” 35-ci dəqiqədə rəqib müdafiəçi Abdullaye Banın əllə oynadığını iddia edir.

Məğlubiyyətlə barışmaq istəməyən “Qəbələ”lilər bunun günahını Əliyar Ağayevin üzərinə atır. Deyirlər ki, FİFA referisi həmin epizodda penalti nöqtəsini göstərməli idi.

R.Həsənov bildirib ki, burada əsas problem çəkilişlə bağlıdır:

“Mən oyuna tam baxmamışam, ancaq o epizodu izləmişəm. Deyə bilərəm ki, epizod kameralara yaxşı düşməyib.

Heç nəyi aydın görmək olmur. Çünki çəkiliş arxa tərəfdəndir. Ona müxtəlif rakurslardan baxmaq lazımdır.

VAR-a görə hər stadionda ayrı-ayrı istiqamətlərdən bir neçə kamera quraşdırılıb. Onların hamısı VAR otağından koordionasiya olunur.

Görünür, həmin kameralar da epizodu aydın çəkməyib, yoxsa VAR otağındakı baş hakim meydandakı baş hakimi ona baxmağa dəvət edərdi.

Qaydalara görə, mübahisəli epizod kameralarda tam görsənmirsə, VAR-dakı hakimlər meydandakı referilərə “get, özün bax“ deməməlidir.

Çünki o da gedib baxsa, fraqmenti aydın görə və birmənalı qərar verə bilməyəcək. Ona görə də epizoda baxılması dəqiqələrlə davam edə bilər.

Bu, dörd dəqiqə də çəkə bilər, ondan çox da. Gəlin, hər şeyi düz deyək, VAR ilk dəfədir ki, Azərbaycanda tətbiq olunur.

Yeni teznologiyadır, onu öyrənməyə vaxt lazımdır. Görünür, oyunu çəkən operatorlar da hələ VAR səviyyəsinə çatmayıb.

Hakimlərin özü də VAR-la işləmək üçün təcrübə toplamalıdır. Çəkilən görüntülərə kim baxsa, deyə bilməz ki, bu, penaltidir.

Çəkiliş arxa hissədən olduğu üçün bilinmir ki, top futbolçunun həqiqətən əlinə dəyib, yoxsa başqa bədən nahiyyəsinə.

Yan xətt hakimi bu epizoda daha yaxındır, top futbolçunun əlinə dəysəydi, yəqin ki, işarə edərdi.

O da bayrağını yuxarı qaldırmayıbsa… Əliyar Ağayevin üstünə getmək düzgün deyil”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti