"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının I mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" ilk raundda 7 mümkün rəqibdən biri ilə üz-üzə gələcək.
Zaur Hacıyevin baş məşqçisi olduğu komanda "Rux" (Ukrayna), "Hayduk" (Xorvatiya), MTK (Macarıstan), "Zaqlembe" (Polşa), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Yelqava" (Latviya) kollektivlərindən biri ilə üz-üzə gələcək.
Avqustun 31-də UEFA Gənclər Liqasında I və II mərhələnin püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
I mərhələnin ilk oyunları sentyabrın 14-də, cavab qarşılaşmaları oktyabrın 5-də, II mərhələnin ilk matçları oktyabrın 26-da, cavab görüşləri isə noyabrın 2-də keçiriləcək.

