“Qarabağ”la vida mesajını yaydı: “Bu, çox tez bitsə belə, böyük macəra idi” - FOTO

30 Avqust 2022 16:20 Qəbələ 1 541
“Qarabağ”la vida mesajını yaydı: “Bu, çox tez bitsə belə, böyük macəra idi” - FOTO

"Sent-Etyen"ə keçən İbrahima Vadji "Qarabağ"la vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib.

Seneqallı forvard Fransaya gözlənilməz səfəri səbəbindən azarkeşlərlə üzbəüz vidalaşmaq imkanının olmadığını bildirib:

"Bütün “Qarabağ” ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və azarkeşlərə salam. Bu, vida mesajıdır.

Kollektiv emosiyaların çoxlu gözəl anlarını özümlə aparıram. Bu, çox tez bitsə belə, böyük macəra idi. Qalanlara uğurlar, hər şey üçün təşəkkür edirəm".

"Sent-Etyen" İbrahima Vadjinin keçidi üçün "köhlən atlar"a 1,6 milyon avro ödəyəcək.

Seneqallı forvard 2025-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb. O, "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti