Premyer Liqanın 4-cü turunun “Qəbələ” – “Sabah” matçından sonra ev sahiblərinin yarımmüdafiəçisi Rövlan Muradov sosial şəbəkədə paylaşım edib.
Sportinfo.az xəbər verir ki, bölgə klubunun aparıcı üzvü “Sabah”a 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Məğlub olmaq uğursuzluq deyil, təcrübədir! Sonadək mübarizəyə davam!”.
9 xala malik olan “Qəbələ” 4-cü turda “Sabah”a uduzub.


