Bu gün "Qəbələ", yoxsa "Sabah" yeni mövsümdə ilk məğlubiyyətini alacaq?

28 Avqust 2022 09:20 Qəbələ 617
Bu gün "Qəbələ", yoxsa "Sabah" yeni mövsümdə ilk məğlubiyyətini alacaq?

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında çempionatın liderləri üz-üzə gələcək.

İlk üç turda xal itkisi ilə üzləşməyən “Qəbələ” və “Sabah” “qırmızı-qaralar”ın meydanında qarşılaşacaq.

Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 20-ci matç olacaq. İndiyədək rəqiblər ümumilikdə 19 dəfə görüşüb. Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir.

9 dəfə rəqibini məğlub edən komanda 3 dəfə heç-heçə edib və 7 görüşdə uduzub. Rəqib qapısına 23 qol vuran futbolçularımız eyni sayda top buraxıblar.

Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.

İndiyədək keçirilən 19 matçdan 15-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 7 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 15:21.

“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 3 heç-heçəsi olan komanda 2 matçda məğlub olub. Bu oyunlarda 14 qola sevinən futbolçular 13 top buraxıb.

Avqustun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 20:00-da başlayacaq.

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1

Ceyms Adeniyi, 80

09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Rauf Əliyev, 31

01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0

2019/20 mövsümü

14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Roman Hüseynov, 47

03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2

Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73

15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0

Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87

19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3

Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65

07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2

Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)

2020/21 mövsümü

13.09.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0

Coşqun Diniyev, 17; Bəhlul Mustafazadə, 28; Ramil Şeydayev, 64

31.10.2020. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Yusif Nəbiyev, 31; Nikolas Raysel, 53 // Ramil Şeydayev, 81

04.04.2021. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Ramil Şeydayev, 45+1

14.05.2021. Premyer Liqa. “Qəbələ” – “Sabah” - 2:2

Nikolas Raysel, 63 (p.); Stefan Vukçeviç, 65 // Xulio Sezar Rodriqez, 29; Slavik Alxasov, 59

2021/22 mövsümü

11.09.2021. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:2

Yaovi Akakpo, 53, Ülvi İsgəndərov, 90+3

31.10.2021. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:3

İsnik Alimi, 69 (p.) // Coy-Lens Mikels, 20; Fofana Tiemoko, 39; Aleksey İsayev, 63

08.02.2022. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0

Coy-Lens Mikels, 38; Xuan Kamara, 41; Xulio Sezar Rodrigez, 76

21.05.2022. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:1

Murad Musayev, 68 // Aleksey Kaşuk, 86

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti