"Qəbələ"dən ayrıldı, 3 ay klubsuz qaldı, daha aşağı məbləğə razılaşdı

27 Avqust 2022 19:00 Qəbələ 1 324
"Qəbələ"dən ayrıldı, 3 ay klubsuz qaldı, daha aşağı məbləğə razılaşdı

Ötən mövsümün qış fasiləsində "Admira Vakker"dən "Qəbələ"yə keçən Patrik Robson özünə yeni komanda tapıb.

Braziliyalı yarımmüdafiəçi bu məqsədlə Albaniyaya yollanıb.

"Sambaçı" bu ölkənin ən tanınmış klublarından olan “Tirana” ilə anlaşıb. Cənubi amerikalı eyniadlı paytaxt təmsilçisi ilə birillik müqavilə imzalayıb.

"Qəbələ"də forma geyindiyi 5 ay ərzində heç nə ilə yadda qalmayan Patrikin "Tirana"da qazancı da məlumdur. Hər ay 4000 dollar alacaq, bu da Azərbaycandakı gəlirindən aşağıdır.

Buna məcburi sövdələşmə də demək olar.

"Qəbələ"nin iyunda ilyarımlıq müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiyi, bundan sonra Avstriyaya dönməyən, Almaniya və Yaponiyanın aşağı liqalarından birinə keçidi alınmayan braziliyalı klubsuz qalmaq üçün Albaniyanın yolunu tutub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti