“Qəbələ”də maraqlı anlar – Biri atmaca atdı, digəri üzr istədi

25 Avqust 2022 21:00 Qəbələ 1 102
“Qəbələ”də maraqlı anlar – Biri atmaca atdı, digəri üzr istədi

Futbolçuların sosial şəbəkə platformalarındakı paylaşımları və şərhləri maraqla izlənilir.

Bu mənada xüsusi fəallıq göstərənlər də var, “instagram”la “feysbuk”dan əsasən gündəmin nəbzini tutmaq üçün yararlananlar da.

“Qəbələ”nin futbolçuları kifayət qədər aktiv görünür. Komanda daxilindəki ab-havanın yüksək olmasındandır, ya nədən – zaman-zaman oyunçuların şirin zarafatlarına rast gəlirik.

Bu dəfə komandanın “ürəyi” İsnik Alimi missiyanı üzərinə götürüb, digərləri görüntüyə rəng qatıb.

“5 nömrə” “Kəpəz”lə oyunda Məqsəd İsayevin vurduğu ilk qolun görüntüsünü paylaşaraq, verdiyi məhsuldar ötürməyə “sizə necə kömək edə bilərəm?” sualını verib.

Komanda yoldaşı Rafael Utziq paylaşıma alov emojisi atınca, Alimi cavab olaraq “növbəti dəfə sənə ötürmə verəcəyəm” yazıb.

Digər braziliyalı Felipe Santos isə həmin videoya “biz bacaracağıq” şəklində reaksiya verib. İsnik komanda yoldaşının rəyini “gələn dəfə qol vur, yaxşı?” atmacası ilə cavablandırıb.

“Kəpəz”lə oyunda qol fürsətlərini boşa verən Felipe İsnikin iradını üzrə qarşılayıb: “Ötürmələrin möhtəşəmdir, bağışla”.

Futbol təkcə meydanda top dalınca qaçmaq, rəqib qapısına top davmaq, bəzən emosiaların artmasından ibarət deyil. Futbol həm də bu cəhətləri ilə gözəldir – dostluq, ailə mühiti, milliyətindən asılı olmayaraq dil tapmaq bacarığı ilə.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti