Azərbaycanlı baş məşqçi “Fənərbağça”da - SON DƏQİQƏ

22 Avqust 2022 14:00 Qəbələ 5 788
Azərbaycanlı baş məşqçi “Fənərbağça”da - SON DƏQİQƏ

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Türkiyəyə yollanıb.

Dünən Premyer Liqanın III turu çərçivəsində “Kəpəz”lə qarşılaşan və 3:0 hesabıyla qalib gələn “qırmızı-qaralar”ın çalışdırıcısı 4 gün qardaş ölkədə qalacaq.

Səfərdə məqsəd “Pro” kateqoriyalı kursların 4-cü modulunun tələbini yerinə yetirməkdir.

Buna əsasən, o, öncə “Fənərbaçğa”nın akademiyasına baş çəkməli, ardınca “Konyaspor”un əsas komandasının məşqlərində iştirak etməlidir.

Baxşıyev sonda Türkiyə səfəri ilə bağlı raport hazırlayacaq və “Pro” kursunun təlimatşılarına təqdim edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti