Ağır əməliyyat keçirən kapitan son durumundan "Sportinfo"ya danışdı

5 Avqust 2022 21:00 Qəbələ 993
Ağır əməliyyat keçirən kapitan son durumundan "Sportinfo"ya danışdı

"Hələ bərpa prosesi davam edir. Hazırda yüngül bərpa dövrünü keçirəm".

Bunu Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Urfan Abbasov son durumu ilə bağlı danışarkən deyib.

Ötən mövsüm başa çatan kimi əməliyyat stoluna qalxan (çarpaz bağlarından) 30 yaşlı müdafiəçi bu səbəbdən komandasının Konfrans Liqasında “Fehervar”la matçlarını da buraxmalı olmuşdu.

Bu gün Premyer Liqada yeni mövsüm start götürüb. “Qəbələ” 3 gün sonra Tovuzda “Turan”ın qonağı olacaq.

Urfanı nə vaxt komandasının yanında görə bilərik?

O, ağır əməliyyat keçirdiyi üçün hələ yaxın müddətdə geri dönməsinin mümkün olmadığını bildirib:

"Heç ağır bərpa məşqlərinə hələ başlamamışam. Əməliyyatdan cəmi iki ay keçib. 3 ay tamam olandan sonra fiziki yükləməni bir qədər artıracam.

Çox ağır əməliyyat keçirdim və bunun bərpası 6 ay çəkir. Hələ qarşıda 4 ay var. İnşallah, noyabr və ya dekabrda yavaş-yavaş komandaya qoşularam".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı