Premyer Liqanın 3 klubu “Neftçi“nin hücumçusundan imtina etdi, o da məcbur qalıb…

1 Avqust 2022 15:00 Qəbələ 3 270
Premyer Liqanın 3 klubu “Neftçi“nin hücumçusundan imtina etdi, o da məcbur qalıb…

Avrokuboklarla erkən vidalaşan “Qəbələ” transfer çalışmalarını başa vurub. Əyalət təmsilçisi son olaraq Ramon Maçadonu rənglərinə bağlayıb.

“Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akalı heyətinə qatıb.

Beləcə, “qırmızı-qaralar” yay transfer dövründə beşinci oyunçu keçidini gerçəkləşdirib.

Braziliyalı hücumçu 2022-2023-cü illər mövsümündə bu komandanın formasını geyinəcək. 31 yaşlı cənubi amerikalı ilə 1 illik müqavilə imzalanıb.

Ramon karyerası ərzində Almaniyada “Reqensburq” (2012-2013), Braziliyada “Esportivo” (2014), “Lajeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Brazil de Pelotas” (2016-2017, 2021), “Ponte Preta” (2017), “Yuventud” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021), “Botofoqo” (2020) klublarında forma geyinib.

O, 2021/22 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edib. “Neftçi” ilə gümüş mükafat qazanan forvard 24 oyunda 5 qol vurub.

Maçado klubsuz qalmamaq üçün “Qəbələ“ni seçib. Yoxsa sözünün üstündə dayanaraq, yenə burada oynamaq istəmədiyini deyərdi.

Braziliyalı “Zirə“, “Səbail“ və “Sumqayıt“dan “yox“ cavabı alandan sonra “qırmızı-qaralar“la sövdələşməyə razılaşıb. “Neftçi“də illik qazancı 90 min dollar olan hücumçu “Qəbələ“də bu məbləğdən 10 min dollar az alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı