Azərbaycan klubu yeni hücumçusuna nə vaxt qovuşacaq?

31 İyul 2022 10:40 Qəbələ 1 643
Azərbaycan klubu yeni hücumçusuna nə vaxt qovuşacaq?

Azərbaycan Premyer Liqasının 2022-2023-cü illər mövsümünə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir legioner qatdığını əvvəldən xəbər vermişdik.

Klub isə dünən rəsmi olaraq braziliyalı hücumçu Ramon Maçadonun 2022-2023-cü illər mövsümündə komandanın formasını geyinəcəyini və onunla 1 illik müqavilə imzalanmasını ictimaiyyətə açıqladı.

31 yaşlı forvard hazırda ölkəsində istirahət edir. Yeni mövsümün startına isə 1 həftədən də az vaxt qalır. Təbii ki, onun yeni klubuna uyğunlaşması üçün mümkün qədər tez ölkəmizdə olması lazımdır.

Klubdan əldə etdiyimiz məlumata görə, narahatlığa əsas yoxdur. Hər şeyi nəzərə alan bölgə klubu çevik hərəkətə keçib və artıq hücumçuya təyyarə bileti alınıb.

Maçado sabah ilk ucuşla Bakıya yola düşəcək. Ən pis halda legioner oyunçu növbəti gün Elmar Baxşıyevin sərəncamında ola biləcək.

Bu, Ramon Maçadonun ölkəmizə ikinci gəlişi olacaq.

O, 2021/22 mövsümündə də Azərbaycan Premyer Liqasında çıxış edib. “Neftçi” ilə gümüş mükafat qazanan forvard 24 oyunda 5 qol vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti