“Transfer məsələlərinin bu qədər uzanması sırf pulla bağlıdır”

30 İyul 2022 18:00 Qəbələ 793
“Transfer məsələlərinin bu qədər uzanması sırf pulla bağlıdır”

“Ötən il olduğu kimi, indi də heyətimiz geniş deyil və açığını demək lazımdırsa, bu, məni narahat edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Konfrans Liqasında mübarizəni erkən dayandıran “qırmızı-qaralar” indi bütün diqqətini Premyer Liqanın yeni mövsümünə ayırıb.

Əyalət təmsilçisinin çalışdırıcısı düşərgəyə yeni simaların qatılmasını istədiyini bildirib:

“Hücum, yaxud hücumameylli yarımmüdafiəçi mövqeyinə transfer lazımdır. Universal legioner tapsaq, daha yaxşı olar.

Yerli oyunçular da götürə bilsək, sevinərəm. Bəyəndiyimiz yerlilərin hamısının öz klubları ilə müqaviləsi var.

Gərək büdcəyə baxaq. Transfer məsələlərinin bu qədər uzanması sırf pulla bağlıdır.

İndiyədək neçə futbolçu ilə məhz maliyyə şərtlərinə görə müqavilə bağlaya bilməmişik”.

Digər Xəbərlər
Xəbər Lenti