“Qəbələ”: Dağlar səni çağırır, gəl ey… FOTOREPORTAJ

30 İyul 2022 02:00 Qəbələ 576
“Qəbələ”: Dağlar səni çağırır, gəl ey… FOTOREPORTAJ

“Qəbələ” növbəti avrokubok oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la cavab oyununa çıxıb.

Komandamız Qəbələ şəhər stadionundakı görüşə ilk qarşılaşma ilə müqayisədə bir dəyişikliklə başlayıb. Cəzalı Murad Musayevin yoxluğunda Omar Hani start “11-liy”ində yer alıb.

Oyun “Qəbələ”nin hücumları ilə start götürüb. Daha fəal olan “qırmızı-qaralar” ardıcıl təhlükəli epizodlar yaradıb.

Lakin Omar Hani, Rafael Utziq və Felipe Santos çoxsaylı imkanları qaçırıb. Yeni transferimiz daha əlverişli epizodlardan yararlanmayıb.

“Qəbələ” hesabı yalnız 34-cü dəqiqədə açıb. Rövlan Muradovun cərimə meydanı xaricindən zərbəsi tora qovuşub.

Əks-hücumlara üstünlük verən qonaqlar bir neçə dəfə Səlahət Ağayevi narahat etsə də, yalnız hissənin sonlarında fərqlənib. Macarıstan klubu öncə penaltini qaçırsa da, fasilə ərəfəsində hesaba tarazlıq gətirib.

“Qırmızı-qaralar” ikinci hissədə də rəqib qapısına həmlələr təşkil edib. Belə hücumların birində Ruan Renatonun zərbəsi tirə tuş gəlib.

Dominant futbol nümayiş etdirən “Qəbələ” yaratdığı qol imkanlarından yararlanmaqda çətinlik çəkib. Yalnız 73-cü dəqiqədə istəyinə çatan komandamız Felipe Santosun qolu ilə hesabda önə keçib.

“Qırmızı-qara” formada ilk dəfə fərqlənən hücumçumuzun bu topu “Qəbələ”yə 2:1 hesablı qələbə qazandırıb.

Düzdür, hakimin final fitinə qədər futbolçularımız bu üstünlüyü artırmağa dəfələrlə yaxın olub. Amma oyunçularımız son nöqtəni qoya bilməyib.

“Qəbələ” - “Fehervar” (Macarıstan) 2:1

Qəbələ şəhər stadionu

Baş hakim: Kristofer Yaqer

Baş hakimin köməkçiləri: Robert Steynaxer, Santino Şreyner

Dördüncü hakim: Markus Hameter (hamısı Avstriya)

Sarı vərəqələr: İsnik Alimi, 10, Ruan Renato, 55, Rövlan Muradov, 69, İlkin Qırtımov, 75 // Attila Fiola, 35, Stopira, 58, Loik Neqo, 80, Artyom Şabanov, 90+4

Qollar: Rövlan Muradov, 34, Felipe Santos, 73 // Budu Zivzivadze, 44

40-cı dəqiqədə Loik Neqo penaltidən yararlana bilməyib.

İlk oyun – 1:4

“Qəbələ”

1. Səlahət Ağayev

27. Məqsəd İsayev

4. Ruan Renato

2. İlkin Qırtımov

5. İsnik Alimi

6. Feras Abu Akal

11. Asif Məmmədov (k)

(14. Ülvi İsgəndərov, 86)

23. Rafael Utziq

7. Rövlan Muradov

97. Felipe Santos

10. Omar Hani

Ehtiyat oyunçular:

13. Kristof Atanqana-Assimba

36. Elməddin Sultanov

12. Rüfət Əhmədov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

33. Hüseyn Mürsəlov

44. Salman Ələsgərov

74. Süleyman Damadayev

Baş məşqçi: Elmar Baxşıyev

“Fehervar”

1. Daniel Kovaç

11. Loik Neqo

(29. Zolt Kojnok, 90+3)

13. Artyom Şabanov

22. Budu Zivzivadze

(19. Kenan Kodro, 63)

5. Attila Fiola (k)

55. Marsel Heyster

(65. Silvester Hanqya, 83)

23. Pal Dardai

(7. İvan Petriak, 63)

8. Yevgeni Makarenko

9. Stopira

94. Klaudiu Bumba

(70. Funşo Bamqboyen, 63)

31. Nikola Serafimov

Ehtiyat oyunçular:

42. Emil Rokkov

6. Peter Pokornı

21. Ruben Pintu

26. Mikael Luftner

Baş məşqçi: Mixael Boris

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!