O, özünü asası və ya öldürəsi deyil ki…

29 İyul 2022 14:00 Qəbələ 735
O, özünü asası və ya öldürəsi deyil ki…

«Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev saytımıza bir açıqlama vermişdi.

Demişdi ki, «Fehervar» 4:1 hesabından arxayın düşməsin, onlara qarşı sürpriz hazırlamışıq.

O. nəyi nəzərdə tuturdusa, macarlar dünən bunu gördü. Onlar gözləmirdi ki. «Qəbələ» ilk oyundakı böyükhesablı məğlubiyyətin şokunu belə tezliklə üstündən atar.

Baxşıyevin komandası Macarıstan səfərini, orada başverənləri unudub, sanki final oynayırmış kimi bir mücadilə nümayiş etdirdi.

Sözsüz, bəzən bir nəfərin yoxluğu bütün heyəti kökdən salır. Macarıstanda qırmızı vərəqə almış Murad Musayevi əvəzləməyə namizədi olmayan Baxşıyev məcburiyyətdən İsnik Alimini arxa xəttə çəkdi.

Şimali makedoniyalı bir qədər irəlidə - adət etdiyi mövqedə yer alsaydı, «Qəbələ» qonaqlarına daha çox təhlükə saçardı.

Allah kasıbçılığın üzünü qara eləsin!

Olmayan yerdə Baxşıyev özünü asası və ya öldürəsi deyil ki… Olan budur, qane olmalı, işləməlidir.

4:1-in istisinə qızınaraq Azərbaycana gəlmiş «Fehervar» bir də Qəbələnin təbii istisinə tuş gəlincə, özünü evdəki kimi rahat hiss etmədi.

«Qəbələ»nin istəyi qarşısında əldən düşən macarlara daha çox qol vurmaq mümkün idi. Meydandakı futbolçuların səviyyəsinin onlara nisbətdə aşağı olması, ehtiyat skamyanın qısalığı sonluğu bu cür gətirdi.

Hər şeyə rəğmən, yenə də «Qəbələ»ni alqışlamaq lazımdır. UEFA reytinqində Azərbaycanın aktivinə xal yazdırdılar deyə.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!