GİZLƏTMƏDİ: "Qəbələ"nin ikinci qolundan sonra təşvişə düşdüm"

28 İyul 2022 22:30 Qəbələ 751
GİZLƏTMƏDİ: "Qəbələ"nin ikinci qolundan sonra təşvişə düşdüm"

"Fehervar" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Macarıstan təmsilçisinin baş məşqçisi Mixael Boris sualları cavablandırıb:

- Hədəfimiz növbəti mərhələyə keçmək idi və bunu da bacardıq. Yaxşı olmayan tərəf isə o idi ki, biz məğlub olduq. Məğlubiyyətə baxmayaraq şanslarımız oldu, penaltini qaçırdıq. Bilirdik ki, onlar ilk qolu vursalar, davamını gətirməyə çalışacaqlar. Buna görə də pressinq etdik. Məğlubiyyyəti xoşlamıram. Amma bəzi hallarda bunu qəbul etmək məcburiyyətindəyik. Qəbələ çox gözəl yerdir. Burada gördüyümüz hər şey çox yaxşı idi, insanlar çox qonaqpərvərdir. Burada olduğum üçün məmnunam. Ölkə çempionatında "Qəbələ"yə uğurlar arzu edirəm.

- "Ferensvarosş" Azərbaycana gələcək. Onların burada şansı necədir?

- Biz öz komandamıza köklənmişik. Siz Macarıstanın ən güclü komandası ilə qarşılaşacaqsız. Ancaq "Qarabağ"ın da oyunlarını izləmişəm. Çox yaxşı komandadır.

- Macarıstandakı ilk matçdan sonra bura rahar gəlmişdiz. Bu gün matçın gedişində sizdə həyəcan yaranmadı ki, birdən mərhələ əldən gedər?

- Mənim üçün bu oyunun iki hissəsi var idi. Bunların birində qələbə qazanadıq. Dürüst olmaq lazımdırsa, "Qəbələ"nin ikinci qolundan sonra təşvişə düşdüm. Tez-tez saata baxırdım. "Qəbələ"nin stadionu kiçikdir, azarkeşlərin səsi çox hiss olunur.

Digər Xəbərlər
Xəbər Lenti