"Xoşbəxtlikdən uşaqlar mənim ötürmələrimdən yaxşı istifadə etdilər"

28 İyul 2022 19:30 Qəbələ 733
"Xoşbəxtlikdən uşaqlar mənim ötürmələrimdən yaxşı istifadə etdilər"

"Fehervar"ın yarımmüdafiəçisi Pal Dardai Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Qəbələ"yə qarşı keçiriləcək cavab görüşü haqda danışıb.

Sportinfo.az "Nemzeti"yə istinadən xəbər verir ki, Macarıstan klubunun futbolçusu sabahkı görüşlə bağlı bunları deyib:

"Növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansımız var. Mövsümə yaxşı başlamışıq. Böyük hesabla qalib gəlmişdik.

Eyni ruhda davam etməliyik. Səfərdə qalib gəlmək istəyirik. Amma futbolda hər şey ola bilər.

Qələbəni cavab matçından sonra qeyd edəcəyik. İkinci matçda hər şey plana uyğun getməlidi. Öz oyunumuzu göstərə bilsək, məqsədimizə çatarıq.

İlk oyunda yaxşı vəziyyətdən qol vura bilmədiyim üçün hələ də məyusam. Ancaq iki məhsuldar ötürmə etdiyimə görə bir qədər rahatladım.

Xoşbəxtlikdən uşaqlar mənim ötürmələrimdən yaxşı istifadə etdilər. Ümid edirəm ki, cavab oyununda hər şey yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"