"Biz bura ilk matçı udaraq gəlmişik, lakin nəticədən asılı olmayaraq, yaxşı oyun sərgiləmək istəyirik".
Sportinfo.az xəbər verir ki, bunu Macarıstan "Fehervar"ının futbolçusu Loik Neqo Konfrans Liqasının II təsnifat mərhələsinin "Qəbələ"yə qarşı keçirəcəkləri cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
31 yaşlı müdafiəçi bildirib ki, hər bir oyun komandası üçün eyni dərəcədə önəmlidir:
"Fərqi yoxdur ki, necə qol vurmuşuq. Qarşımıza qoyduğumuz məqsəd var, qaydalara əməl etməliyik. Bu halda ölkəmizə uğurla dönəcəyik".
Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq. İlk görüşdə "Fehervar" qalib gəlib - 4:1.

