“Bilirdik ki, vaxt itirməyə, kobudluq etməyə, oyunu korlamağa çalışacaqlar”

28 İyul 2022 16:30 Qəbələ 828
“Bilirdik ki, vaxt itirməyə, kobudluq etməyə, oyunu korlamağa çalışacaqlar”

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda səfərdə "Fehervar"a 1:4 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Macarıstan təmsilçisinin kapitanı Atilla Fiola matç haqda danışıb.

32 yaşlı müdafiəçi layiqli qələbə qazandıqlarını deyib: "Matça pis başladıq, rəqibimiz önə keçdi və tələsik oynadıq.

İlk hissə yaxşı keçmədi, ikinci hissədə isə yaxşı oynadıq. Daha ağıllı futbol sərgilədik, bir neçə şans yaratdıq və üç qol vurduq.

İkinci 45 dəqiqədəki oyunumuza görə belə bir fərqlə layiqli qələbə qazandıq. Biz bilirdik ki, Azərbaycan komandası vaxt itirməyə və kobudluqlarla oyunu korlamağa çalışacaq.

4:1 hesablı uğurumuza baxmayaraq, revanş oyununa daha az fərqli nəticə varmış kimi ciddi hazırlaşacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti