"Arxayınlaşmamalıyıq, ilk növbədə diqqətimizi özümüzə yönəltməliyik"

28 İyul 2022 14:30 Qəbələ 777
"Arxayınlaşmamalıyıq, ilk növbədə diqqətimizi özümüzə yönəltməliyik"

"Fehervar"ın müdafiəçisi Nikola Serafimov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Qəbələ"yə qarşı keçiriləcək cavab oyunu haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan şimali makedoniyalı müdafiəçi Qəbələdəki görüşün çətin keçəcəyini bildirib:

"Məncə, ilk oyunda ən vacib məqam Kenan Kodronun hesabı bərabərləşdirdiyi qol oldu. Çünki bu, bizə fasiləyə daha rahat getməyə imkan verdi.

İkinci hissə yaxşı keçdi, 4:1 hesabı ilə qalib gəldik. Ən əsası odur ki, taleyimiz tamamilə öz əlimizdədir.

Müasir futbolda hər şey ola bilər, ona görə də üç qolun üstünlüyünə baxmayaraq, arxayınlaşmamalıyıq. Cavab oyununa tam hazır olmalıyıq.

Əminəm ki, “Qəbələ” matçın axarını dəyişmək istəyəcək və sərt oynayacaqlar. Amma biz də hazırlaşırıq. Biz qətiyyətliyik və cavab oyununu öncəsi kollektivdə yaxşı ab-hava var.

Məqsədimiz Qəbələdəki matçda qalib gəlməkdi. Növbəti mərhələyə çıxmaq üçün ilk növbədə diqqətimizi özümüzə yönəltməliyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti