Macarıstandakı startın davamı Qəbələdə olarsa...

28 İyul 2022 19:00 Qəbələ 525
Macarıstandakı startın davamı Qəbələdə olarsa...

Konfrans Liqasına məğlubiyyətlə start verən üç klubumuzdan biri də "Qəbələ" idi.

Əslində eyni turnirdə mübariz aparan "Neftçi və "Zirə"dən fərqli olaraq bölgə klubu Macarıstandakı matça yaxşı başlamışdı.

Hətta 16-cı dəqiqə gözlənilməz erkən qol vurmaq da Elmar Baxşıyevin yetirmələrinə nəsib olmuşdu.

Ötən mövsümkü surpriz çıxışın davamıma böyük inam yaranmışdı.Amma gətirmək olmadı. Və sonda darmadağından qaçmaq müşkülə çevrildi - 1:4.

Böyükhesablı məğlubiyyətdə səbəblər az olmadı. Ən başlıca səbəb isə İlkin Qırtımovun aldığı ağır zədənin yoldaşlarına da ağır psixoloji yük olması oldu.

Bundan başqa komanda üzvləri ilə söhbətdə hamısı birmənalı olaraq həmin gün Macarıstanda olan güclü istidən şikayətlənmişdilər.

Bir sözlə, həm fiziki, həm də psixoloji olaraq tükənən komanda boşalınca ardıcıl qollar da gəlməyə başlamışdı.

Amma bu gün revanş üçün əla şans var. Macarıstandakı istidə olduğu kimi, Qəbələnin rütübətli havası da oynamaq da asan deyil. Zman-zaman burda oynaya yerli klubla da həmin çətinlikdən şikayət ediblər.

Kəsəsi, doğma meydan, sevimli fanatlar və nisbətən daha yorğun qonaqlar. Qalır səfərdəki startın davamını Qəbələdə gətirmək. Onda qollar da ard-arda gələ bilər.

Hə, bəlkə də cütün qalibi olmağa bu da yetməyəcək. Amma ən azı təsəlli qələbəsi üçün cəhd etmək mütləqdir. Ölkə reytinqinə, sadiq fanatlara və "Qəbələ" adına görə. Ümid edək ki, Baxşıyevin komandası ən azı bunu bacaracaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti