Macarlar "Qəbələ" ilə oynayacaq, rayonda qalacaq, məşq keçəcək, nahar edəcək, sonra... FOTOLAR

28 İyul 2022 12:40 Qəbələ 1 019
Macarlar "Qəbələ" ilə oynayacaq, rayonda qalacaq, məşq keçəcək, nahar edəcək, sonra...  FOTOLAR

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" bu gün Azərbaycanda keçiriləcək cavab qarşılaşmasından dərhal sonra ölkəsinə geri dönməyəcək.

Sportinfo.az xəbər verir ki, 20:00-da baş tutacaq matçdan sonra Macarıstan klubu Qəbələdə qalacaq.

Hətta komanda cümə günü səhər Qəbələdə məşq də keçəcək. Sekeşfehervar klubu Macarıstana yalnız həmin gün nahar fasiləsini etdikdən sonra yola düşəcək.

"Fehervar" dünən səhər saatlarında Azərbaycana gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti