"Müsbət qərar qəbul edəcəyimizə ümidvarıq"

27 İyul 2022 19:30 Qəbələ 1 120
"Müsbət qərar qəbul edəcəyimizə ümidvarıq"

"İlk oyunda uduzsaq da, sabahkı cavab qarşılaşmasına hazırıq".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə Macarıstan "Fehervar"ına qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssisin fikrincə, 1:4 hesablı məğlubiyyətə rəğmən, komandası əlindən gələnin artığını edəcək:

"Öz azarkeşlərimiz qarşısında yaxşı oynamaq istəyirik".

Baxşıyev ilk matçda komandasının göstərdiyi futboldan razı qaldığını və futbolçuların görüşün müəyyən vaxtlarında istədiyini etməyə çalışdıqlarını söyləyib:

"Futbolçumuz İlkin Qırtımovun zədələnməsi də komandamıza təsir etdi. Əsas oyunçularımızdan birinin meydanı tərk etməsi oyun planımızda disbalans yaratdı".

"Fehervar"ı keyfiyyətli və yaxşı oynayan futbolçulardan ibarət komanda kimi dəyərləndirən baş məşqçinin fikrincə, öz komandası da onlar qədər keyfiyyətlidir.

O, Qırtımovun durumuna hələ aydınlıq gəlmədiyini də diqqətə çatdırıb:

"Heyətimiz turnir öncəsi də çox geniş deyildi. Zədəli futbolçunun durumu sual olaraq qalır. Son məşqimizdən sonra müsbət qərar qəbul edəcəyimizə ümidvarıq".

İyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti