Dili qatlanan azərbaycanlı futbolçu indi də…

26 İyul 2022 01:10 Qəbələ 1 290
Dili qatlanan azərbaycanlı futbolçu indi də…

Macarıstanda "Fehervar"a qarşı Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ağır zədə alan "Qəbələ"nin futbolçusu İlkin Qırtımov komanda ilə məşqlərə başlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən fərdi hazırlıq keçən müdafiəçi bu gündən kollektiv çalışmalarda iştirak edir.

Digər zədəlilər - Urfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir. Yaovi Akakpo isə əməliyyat sonrası müalicəsini davam etdirir.

İlkin Qırtımov "Fehervar"a 1:4 hesabı ilə uduzduqları görüşün ilk hissəsinin sonlarına yaxın başından ciddi zədə alıb. Dili qatlanan futbolçuya ilk yardımı komanda yoldaşı Asif Məmmədov edib.

Meydanı xərəkdə tərk edən müdafiəçi Rüfət Əhmədovla əvəzlənib. Komandalar arasında cavab matçı iyulun 28-də Qəbələdə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti