“Qəbələ”nin rəqibi dəbdəbəli seçim etdi, futbolçuları Bakını görməkdən məhrum oldu

25 İyul 2022 23:40 Qəbələ 981
“Qəbələ”nin rəqibi dəbdəbəli seçim etdi, futbolçuları Bakını görməkdən məhrum oldu

Avrokuboklardakı təmsilçimiz “Qəbələ” Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunda Sekeşfehervarda “Fehervar”a 1:4 hesabı ilə məğlub oldu.

İyulun 28-də Qəbələ şəhər stadionunda komandalar arasında cavab qarşılaşması baş tutacaq.

Artıq həmin görüşlə bağlı rəqibin planlarına aydınlıq gəlib.

Macarıstan təmsilçisi matçdan bir gün əvvəl günorta saatlarında Azərbaycana təşrif buyuracaq. Qonaqları gətirən çarter reysli təyyarə Bakıya yox, birbaşa Qəbələdəki hava limanına enəcək.

Həmin gün axşam saatlarında macarların baş məşqçisi Mixael Borisin mətbuat konfransı və “Fehervar”ın ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olan məşqi baş tutacaq.

Macarıstan təmsilçisi məskunlaşmaq üçün Qəbələnin dəbdəbəli məkanlarında olan “Riverside” otelini seçib.

“Qəbələ” – “Fehervar” oyunu iyulun 28-i, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

HEBİB / SPORTINFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti