“Qəbələ”ni ümidləndirəcək xəbər – Onlar Azərbaycana gəlmir

25 İyul 2022 19:00 Qəbələ 1 101
“Qəbələ”ni ümidləndirəcək xəbər – Onlar Azərbaycana gəlmir

“Qəbələ” ilə “Fehervar” arasında baş tutacaq cavab görüşündə qəbələli azarkeşlər verəcəyi dəstəklə təmsilçimizi qələbəyə səsləyəcək.

İlk matçda qeydə alınan 1:4 hesablı yenilgiyə baxmayaraq, bölgə təmsilçisi layiqli oyun və nəticə ilə fanatlarını sevindirmək istəyir.

Hər nə qədər maraqlı olsa da, oyun günü stadionda qonaq azarkeşlər olmayacaq.

Sportinfo.az-a açıqlama verən “Qəbələ”nin mətbuat katibi Anar Hacıyev “Fehervar” rəsmilərinin azarkeşlərə yer ayrılması ilə bağlı onlara müraciət etmədiyini bildirib.

Bu isə o deməkdir ki, matç günü stadionda yalnız qəbələli futbolsevərlərin səsi eşidiləcək.

Macarıstandan Qəbələyə jurnalist də gəlməyəcək. İndiyə qədər Macarıstanın heç bir media mənsubu oyun üçün akkreditasiya qeydiyyatından keçməyib.

“Qəbələ” – “Fehervar” oyunu iyulun 28-i, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti