İyulun 28-də Konfranas Liqasının II təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.
“Qəbələ” həmin gün doğma məkanda “Fehervar”la münasibətlərinə aydınlıq gətirəcək.
İlk matçda 4:1 hesabıyla qalib gələn Macarıstan klubu Azərbaycanda da qələbə qazanmağa iddialıdır. Baş məşqçi Mixael Boris qarşıdakı oyunla bağlı komandaxili toplantı keçirib.
O. futbolçularından arxayınlaşmamağı tələb edib. “Qəbələ”yə minimum 5 qol vurmalı olduqlarını söyləyən çalışdırıcı bildirib ki, bu, növbəti mərhələyə psixoloji cəhətdən daha yaxşı hazırlaşmaq üçün çox vacibdir.
“Fehervar” mərhələ aşan tərəf olarsa, “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq.
SPORTİNFO.AZ

