"Qəbələ"nin Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində evdə "Fehervar"a qarşı keçirəcəyi matçın biletləri artıq satışdadır.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 2,3 və 10 manat təşkil edir.
Biletləri "Qəbələ Hotel"də yerləşən klubun fan-şopundan və Qəbələ şəhər stadionundan almaq olar.
İyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

