“Qəbələ" Konfrans Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb
"Qırmızı-qaralar" Macarıstanda 2-ci təsnifat mərhələsinin ilk matçında "Fehervar"ın qonağı olub.
"MOL Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Sportinfo TV"də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov qarşılaşma ilə bağlı fikirlər səsləndirib, məğlubiyyətin səbəblərinə toxunub.
Tanınmış aparıcı-ekspert deyib ki, "Qəbələ"nin uduzmasında qeyri-adi heç nə yoxdu:
"Səviyyə və oyun ağlı olaraq rəqib komandamızdan daha güclü idi. "Qəbələ"li futbolçular son 60 dəqiqədə rəqibin təzyiqinə və sürətinə tab gətirə bilmədilər.
Yəni, "Qəbələ"nin də uduzması "Zirə" kimi sürpriz deyil, futbolun bəzi gerçəklikləridir".
Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

