"Qəbələ"nin vaxtı uzadacağını və oyunu korlayacağını bilirdik”

22 İyul 2022 23:20 Qəbələ 882
"Qəbələ"nin vaxtı uzadacağını və oyunu korlayacağını bilirdik”

“Fehervar”ın futbolçusu Attila Fiola Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Qəbələ” ilə ilk oyunundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, müdafiəçisi klubun rəsmi saytına açıqlamasında 4:1 hesablı qələbəni belə şərh edib:

"Oyuna yaxşı başlamadıq. Rəqib önə keçdi və tələsdik. İlk hissə yaxşı olmadı. Fasilədən sonra daha ağıllı oynadıq, qol imkanları yaratdıq.

"Qəbələ"nin vaxtı uzadacağını və sərtliklə oyunu korlayacağını bilirdik. Məqsədimiz qələbə idi. Hesaba baxmayaraq, cavab görüşünə də ciddi hazırlaşacağıq".

Komandalar arasında cavab oyunu iyulun 28-də Qəbələdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti