"Qəbələ" aqressiv və əks-hücumlarda təhlükəli idi"

22 İyul 2022 11:00 Qəbələ 627
"Qəbələ" aqressiv və əks-hücumlarda təhlükəli idi"

"İlk hissə planlaşdırdığımız kimi alınmadı.

Top itkilərinə yol verdik, rəqibimiz də aqressiv futbol nümayiş etdirdi. Onların əks-hücumları təhlükəli idi".

Sportinfo.az xəbər verir ki, bunu "Fehervar"ın futbolçusu Kenan Kodro Macarıstanda "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı barədə danışarkən deyib.

Görüşdə dubl edən 29 yaşlı hücumçu hesabın oyuna görə olmadığını söyləyib:

"Nəticə matçın nə qədər çətin keçdiyini əks etdirmir. İkinci yarıda çoxlu imkanlar yaratdıq və üç qol vurduq. Bu da bizə qalib gəlməyimizə inam verdi.

Amma cütün taleyi həll olunmayıb. Futbolda hər şey mümkündür. Növbəti həftə Azərbaycana gedəcəyik. Orada da qalib gəlmək niyyətindəyik".

Komandalar arasındakı cavab oyunu iyulun 28-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti