“Qəbələ” 2022-2023-cü illər mövsümünə start verib.
Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Konfrans Liqasına II təsnifat mərhələsindən başlayıb.
Komandamız Macarıstanda “Fehervar”ın qonağı olub. “Mol Arena”dakı görüşün start heyətində 4 debütant yer alıb.
Baş məşqçi Elmar Baxşıyev qapıçı Səlahət Ağayev, həmçinin Felipe Santos, İlkin Qırtimov və Feras Abu Akala ilk dəqiqələrdən şans verib.
Qarşılaşmaya meydan sahibləri daha fəal başlayıb. Üstünlüyə yiyələnən macarlar daha çox hücum qursa da, “Qəbələ” rəqibinin təzyiqinin öhdəsindən uğurla gəlib. “Qırmızı-qaralar”ın sürətli əks-hücumlarından
birində Rafael Utziq fərqlənib. O, Rövlan Muradovun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.
Amma komandamız üstünlüyünü qoruya bilməyib. 30-cu dəqiqədə Kenan Kodro hesabda tarazlıq yaradıb.
37-ci dəqiqədə rəqib oyunçu ilə toqquşmadan sonra İlkin Qırtımovun dili qatlanıb. 32 yaşlı müdafiəçiyə ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib.
"Qırmızı-qaralar"ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib. O, meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.
Meydan sahiblərinin hücumlarına sürətli əks-həmlələrlə cavab verən “Qəbələ” bir neçə təhlükəli epizod yaratmağı bacarıb.
Lakin macarların zərbələri daha dəqiq alınıb. İkinci hissədə daha üç qol vuran meydan sahibləri 4:1 hesablı qələbə qazanıb.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev:
“İki fərqli hissə izlədik. Birinci hissədə daha çox istədiyimizi meydanda görə bildik. Fasilədən sonra futbolçularımız rəqibin təzyiqi altında oynadı.
Bu təzyiqə davam gətirə bilmədik. Ümumi götürsək, komanda formalaşmaqdadır. İnanıram ki, cavab oyununda daha məzmunlu futbol göstərəcəyik.
Qəbələdəki qarşılaşmada əlimizdən gələni etməyə çalışacağıq. Azarkeşlərin zədələnin İlkin Qırtımovu alqışlaması insanlıq adına çox müsbət hərəkətdir.
Oyunçuya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Göstərdilər ki, futbolu bilirlər. Onun son durumu barədə məlumatımız yoxdur. Ümid edirik ki, ciddi heç nə olmayacaq”.
“Fehervar” (Macarıstan) - “Qəbələ” – 4:1
21 iyul 2022-ci il. MOL Arena Şoşto
Baş hakim: Kaspar Syöberq
Baş hakimin köməkçiləri: Maks Robin Vilde, Andreas Svensson
Dördüncü hakim: Qranit Maqedonci (hamısı İsveç)
Sarı vərəqələr: İvan Petriak, 60 // Məqsəd İsayev, 45, Murad Musayev, 69, 86, Emil Səfərov, 88
Qırmızı vərəqə: Murad Musayev, 86
Qollar: Kenan Kodro, 30, 74 Adrian Rus, 67, Budu Zivzivadze, 90 // Rafael Utziq, 16
“Fehervar”
1. Daniel Kovaç
4. Adrian Rus
31. Nikola Serafimov
11. Loik Neqo
13. Artyom Şabanov
21. Ruben Pintu
(80. Boqdan Lednev, 64)
5. Attila Fiola (k)
55. Marsel Heyster
23. Pal Dardai
(70. Funşo Bamqboyen, 78)
7. İvan Petriak
(22. Budu Zivzivadze, 64)
19. Kenan Kodro
(8. Yevgeni Makarenko, 78)
Ehtiyat oyunçular:
42. Emil Rokkov
57. Martin Dala
9. Stopira
29. Zolt Kojnok
83. Benze Baboş
65. Silvester Hanqya
6. Peter Pokornı
94. Klaudiu Bumba
Baş məşqçi: Mixael Boris
“Qəbələ”
1. Səlahət Ağayev
27. Məqsəd İsayev
4. Ruan Renato
28. Murad Musayev
2. İlkin Qırtımov
(12. Rüfət Əhmədov, 40)
5. İsnik Alimi
6. Feras Abu Akal
11. Asif Məmmədov (k)
(10. Omar Hani, 72)
23. Rafael Utziq
7. Rövlan Muradov
(77. Emil Səfərov, 80)
97. Felipe Santos
(14. Ülvi İsgəndərov, 80)
Ehtiyat oyunçular:
13. Kristof Atanqana-Assimba
36. Elməddin Sultanov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov
44. Salman Ələsgərov
74. Süleyman Damadayev
Baş məşqçi: Elmar Baxşıyev

