"Qəbələ"yə 4 qol vurdular, həm razı, həm narazı qaldı

22 İyul 2022 00:20 Qəbələ 683
"Qəbələ"yə 4 qol vurdular, həm razı, həm narazı qaldı

"İlk 20 dəqiqə istədiyimiz kimi getmədi. Sürətli oyun görə bilmədim. Bəzi məqamlarda çətinlik çəkdik".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan "Fehervar"ının baş məşqçisi Mixael Boris evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, komandası hesab bərabərləşdikdən sonra öz oyununu tapıb:

"Nəticədən razıyam. Amma oyun planında heç də hər şey ideal deyil".

O, bundan sonra tamamilə cavab qarşılaşmasına köklənəcəklərini söyləyib:

"Səfərdə daha sürətli oyun sərgiləyəcəyik. Bugünkü matçın son 20 dəqiqəsindəki kimi mübarizə aparmağa çalışacağıq. Sabahdan cavab oyununa hazırlaşacağıq".

komandalar arasında cavab görüşü iyulun 28-də Qəbələdə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti