"İkinci hissədə təzyiqə tab gətirə bilmədik"

21 İyul 2022 23:30 Qəbələ 794
"İkinci hissədə təzyiqə tab gətirə bilmədik"

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda səfərdə Macarıstanın "Fehervar" klubuna 1:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev sualları cavablandırıb:

- İki fərqli hissə izlədik. İlk hissədə istədiklərimizi meydanda göstərə bildik. İkinci yarıda oyunçularımız rəqibin təzyiqinə tab gətirə bilmədilər. Ümumi götürəndə, komanda formalaşmaqdadı. İnanıram ki, gələn oyunda daha da məzmunlu oynayacağıq.

- Komandanın növbəti mərhələyə yüksəlmək şansı nə qədərdi?

- Əlimizdən gələnin maksimumunu edəcəyik.

- İlkin Qırtımovun vəziyyəti nə yerdədi? Azarkeşlərin onu meydanı tərk edərkən alqışlamasına necə baxırsız?

- Azarkeşlərin hərəkəti alqışalayiq idi. Göstərdilər ki, futbolu bilirlər. Mən də azarkeşlərə çox sağol deyirəm. İnsanlığa yaraşan hərəkət etdilər. İlkinin vəziyyəti ilə bağlı məlumatımız yoxdu. Ümid edirik ki, yaxşıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti