"Qəbələ" Konfrans Liqasında mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" Macarıstanda "Fehervar"ın qonağı olub.
"MOL Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Hesabı 16-cı dəqiqədə Elmar Baxşıyevin baş məşqçi olduğu komanda açıb.
Rafael Utziq sağ cinahdan cərimə meydançasına asmanı dəqiq zərbə ilə qapıdan keçirib. Meydan sahibləri 30-cu dəqiqədə Kenan Kodronun qolu ilə tarazlığı bərpa ediblər.
İlk hissənin sonlarına doğru "Qəbələ"nin futbolçusu İlkin Qırtımov ağır zədə alıb. Rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb. Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib.
"Qırmızı-qaralar"ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib. Futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.
İlk yarı 1:1 hesablı heç-heçə ilə bitib. Adrian Rus 67-ci dəqiqədə qonaqları 2-ci dəfə meydanın mərkəzinə dəvət edib. 79-cu dəqiqədə isə Kodro 3-cü topu "Qəbələ"nin qapısından keçirib.
86-cı dəqiqədə "qırmızı-qaralar" azlıqda qalıblar. Müdafiəçi Murad Musayev kobud oyundan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.
4 dəqiqə sonra isə Budu Zivzivadze oyunda son nöqtəni qoyub.
21:00. "Fehervar" (Macarıstan) - "Qəbələ" (Azərbaycan) 4:1
Qollar: Kenan Kodro, 30 , 67 Adrian Rus, 67, Budu Zivzivadze, 90 - Rafael Utziq, 16
Hakimlər: Kaspar Syöberq, Maxs Robin Vilde, Andreas Svensson, Qranit Maqedonci (İsveç)
"Sosto Arena"
"Fehervar": 1. Daniel Kovaç, 4. Adrian Rus, 5. Attila Fiola, 7. İvan Petriak, 11. Loik Neqo, 13. Artyom Şabanov, 19. Kenan Kodro, 21. Ruben Pintu, 23. Pal Darda, 31. Nikola Serafimov, 55. Marsel Heyster
Ehtiyat oyunçular: 42. Emil Rokkov, 57. Martin Dala, 6. Peter Pokornı, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 22. Stopira, 29. Jolt Koynok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye, 80. Boqdan Lednev (Ukrayna), 83. Bense Babos, 94. Klaudiu Bumba (Rumıniya)
Baş məşqçi: Mixael Boris
"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 97. Felipe Santos
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 10. Omar Hani, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev, 77. Emil Səfərov
Baş məşqçi: Elmar Baxşıyev

