"Bizdən heç bir nəticə tələb olunmur" - "Qəbələ"dən

13 Sentyabr 2021 20:20 Qəbələ 899
"Bizdən heç bir nəticə tələb olunmur" - "Qəbələ"dən

"Bir aydan artıq müddətdir məşqlərə başlamışıq. Bu müddətdə 7 yoxlama görüşü oynadıq. Çox yaxşı hazırlıq keçmişik. Əvəzedici komandalar arasında ən gənc komanda olduğumuzu deyə bilərəm. Yaxşı nəticələr əldə edəcəyimizə inanırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında birinci divizonda mübarizəyə hazırlaşan "Qəbələ-2" komandasının baş məşqçisi Famil Xəlilov deyib.

Gənc mütəxəsis rəhbərlik tərəfdən qarşıya qoyulan məqsədlər barəsində də geniş söz açıb: "Yoldaşlıq görüşlərindən fərqi olaraq rəsmi oyunların ab-havası bir başqadır. Ümid edirəm ki, uşaqlar tez bir vaxtda çempionata uyğunlaşa biləcəklər. Əsas odur ki, gənc futbolçular praktika toplasınlar.

Rəhbərlik tərəfindən bizdən heç bir nəticə tələb olunmur. Məqsəd futbolçuların inkişafına nail olmaq və əsas komandaya yüksəlmələrinə kömək etməkdir. Tək hədəfimiz budur. Buna görə də heyət seçimində əsas komandamızın marağında olan və milli komandalara dəvət olanlara üstünlük vermişik".

Birinci Divizionda yeni mövsüm 14 sentyabr start götürəcək.

Çempionata bu ildən qatılan "Qəbələ-2" komandası ilk turda digər bölgə komandası "Kəpəz" ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti