“Qəbələ”də bunlar oldu – Təkrar biliyin anasıdır...

14 Sentyabr 2021 09:20 Qəbələ 875
“Qəbələ”də bunlar oldu – Təkrar biliyin anasıdır...

Azərbaycan Premyer Liqasının III turunun “Sabah”la oyunu “Qəbələ” üçün yubileylə əlamətdar olub.

Sportinfo.az-ın bölgə təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ölkə çempionatında 75-ci səfər qələbəsini qazanıb.

Bu, 2006-cı ildən Premyer Liqada çıxış edən “Qəbələ”nin rəqib meydanlarındakı 222-ci matçında qeydə alınıb.

Digər görüşlərdə 56 heç-heçəsi olan “qırmızı-qaralar” 91 dəfə uduzub. “Qəbələ” ölkə çempionatlarının 29 illik tarixində səfərdə 75 və daha çox qələbə qazanan 7-ci komandadır.

Premyer Liqada əlamətdar səfər qələbələri:
1-ci. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) - 0:1
25-ci. 11.05.2012. “Neftçi” (Bakı) – “Qəbələ” - 0:1
50-ci. 17.10.2015. “Neftçi” (Bakı) – “Qəbələ” - 0:1
75-ci. 11.09.2021. “Sabah” (Bakı) – “Qəbələ” - 0:2

75-ci səfər qələbəsini qazanan “Qəbələ” xallarının sayını 7-yə çatıb. Bu, ilk üç oyun üçün klub tarixinin rekordunun təkrarıdır. Komanda 2015/16 və 2016/17 mövsümlərində də ilk üç qarşılaşmada 7 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı