"Qəbələ"nin "Sabah"a nə ümidi var?

11 Sentyabr 2021 10:40 Qəbələ 384
"Qəbələ"nin "Sabah"a nə ümidi var?

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə bu gün başa çatacaq.

“Qəbələ” iki gün davam edəcək III turda “Sabah”la görüşəcək.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, turun ilk günündə meydana çıxacaq “qırmızı-qaralar” sentyabrın 11-də səfər sınağına çıxacaq.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda üçün bu “Sabah”la 16-cı qarşılaşma olacaq. Əvvəlki 15 matçda üstünlük

“Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən “Qəbələ” 2 dəfə heç-heçə edib və 5 görüşdə uduzub. İndiyədək rəqib qapısına 19 qol vuran futbolçular 16 top buraxıblar. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel daha çox - hərəyə 3 qol vurublar.

Əvvəlki 15 oyundan 11-i çempionat, 4-ü kubok çərçivəsində keçirilib. Premyer Liqada 4 qələbə və 2 heç-heçəsi olan “Qəbələ” 5 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi də bakılıların xeyrinədir – 11:14.

“Qəbələ” səfərdəki 8 görüşdə 4 dəfə qaib gəlib. Digər 4 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində meydan sahibləri üstündür – 10-8.

Ssentyabrın 11-də keçiriləcək “Sabah” - “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1

Ceyms Adeniyi, 80

09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Rauf Əliyev, 31

01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0

2019/20 mövsümü

14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Roman Hüseynov, 47

03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2

Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73

15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0

Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87

19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3

Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65

07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2

Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)

2020/21 mövsümü

13.09.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0

Coşqun Diniyev, 17; Bəhlul Mustafazadə, 28; Ramil Şeydayev, 64

31.10.2020. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Yusif Nəbiyev, 31; Nikolas Raysel, 53 // Ramil Şeydayev, 81

04.04.2021. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Ramil Şeydayev, 45+1

14.05.2021. Premyer Liqa. “Qəbələ” – “Sabah” - 2:2

Nikolas Raysel, 63 (p.); Stefan Vukçeviç, 65 // Xulio Sezar Rodriqez, 29; Slavik Alxasov, 59

Digər Xəbərlər
Xəbər Lenti