“Mənə əsas heyət sözü verin, sonra kontrakta imza atacam” dedi və...

10 Sentyabr 2021 17:00 Qəbələ 1 481
“Mənə əsas heyət sözü verin, sonra kontrakta imza atacam” dedi və...

“Qəbələ”nin yeni transferi Omar Hani karyerasını Kiprdə davam etdirməkdən imtina edib.

“Etnikos” iordaniyalı yarımmüdafiəçi xidmətində maraqlı olub.

Amma APOEL-in sabiq üzvü Azərbaycanda oynamağa üstünlük verib və “Qəbələ”də çıxış etmək üçün ölkəmiz gəlib.

"Qırmızı-qaralar" ölkəsinin “Əl-Faysali” klubunda oynamış 22 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

Haninin son klubu APOEL olub (2019-2021). Lakin o, geridə qalan mövsümü icarə əsasında "Olimpiakos"da keçirib. Ölkəsinin əsas millisində 1 matça çıxan Hanı “Qəbələ”də ayına 6000 dollar əməkhaqqı alacaq.

“Etnikos” ona daha çox qazanc təklif edib, gəl ki, əsas şərtini yerinə yetirməyib.

Belə ki, ərəb legioner “mənə əsas heyət sözü verin, sonra kontrakta imza atacam” deyib, onlar da razılaşmayıb. Amma “Qəbələ”də belə bir problem yaşamayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti