"Hər şey öz əlimizdədir, yaxşı komandamız var" - "Qəbələ"dən

9 Sentyabr 2021 23:00 Qəbələ 768
"Hər şey öz əlimizdədir, yaxşı komandamız var" - "Qəbələ"dən

"Bu ilki heyətimiz kollektiv olaraq çox yaxşıdır. Rəqibdən asılı olmayaraq baş məşqçimizin dediklərini maksimum yerinə yetirməyə çalışırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin üzvü Ülvi İsgəndərov deyib.

23 yaşlı hücumçu arxada qalan iki turda qazandıqları 4 xalı ədalətli hesab edir: "Əlbəttə, rəqibdən asılı olmayaraq hər oyuna qələbə və xallar üçün çıxırıq. Məncə, hər iki oyunun da nəticəsi ədalətli idi".

İsgəndərli mövsümün qalan bölümündə də uğurlu çıxışı davam etdirməyə ümid etdiklərini bildirib: "Hər şey öz əlimizdədir. Məşqçilərin dediklərini yerinə yetirsək, əlbəttə, uğurlu çıxışı davam etdirə bilərik. Yaxşı komandamız var".

Azərbaycan millisinin avqustda baş tutan yoxlanış xarakterli toplanışına da dəvət alan Ülvi arxada qalan 2 turda 1 qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti