“Qəbələ”nin Niderland klubu ilə görüş yeri və saatı

9 Sentyabr 2021 16:20 Qəbələ 682
“Qəbələ”nin Niderland klubu ilə görüş yeri və saatı

“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Çempionlar yolunda mübarizə aparacaq U-19 komanda Niderland “Alkmaar”ı ilə qarşılaşacaq.

Sentyabrın 29-dakı ilk görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Matç saat 17:00-da başlayacaq.

Cavab qarşılaşması oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Bu cütün qalibinin növbəti rəqibi “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) matçında müəyyənləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti