"Burada elə şeylər gördüm, onların bizdə tətbiqi üçün çoxlu pul lazımdır"

6 Sentyabr 2021 09:40 Qəbələ 1 052
"Burada elə şeylər gördüm, onların bizdə tətbiqi üçün çoxlu pul lazımdır"

"Bura gəlmək üçün bir müddət əvvəl müraciət etmişdik, elə alındı ki, səfər indi baş tutdu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

O, təcrübə məqsədi ilə Türkiyə Super Liqası təmsilçisi, hazırda adıçəkilən turnirin lideri olan "Trabzonspor"un düşərgəsinə yollanıb.

Qaradəniz təmsilçisinin bir neçə məşqini izləyən Abbasov daha sonra həmkarı, adıçəkilən klubun çalışdırıcısı Abdullah Avcı ilə görüşüb və onun iş sistemi ilə yaxından maraqlanıb.

Görüş zamanı həmkarına Abbasov tərəfindən "Sumqayıt"ın "61" nömrəli oyun geyimi təqdim olunub. A.Abbasov bu səfərin onun üçün yaxşı keçdiyini bildirib:

"Üç gündür buradayam və artıq bu gün vətənə qayıdıram. Komandanın məşqlərində iştirak elədim, Abdullah Avcı ilə xeyli söhbətimiz oldu.

Müasir futbol barədə hərtərəfli fikir mübadiləsi apardıq. Avçı Türkiyənin ən təcrübəli məşqçilərindən biridir, millini çalışdırıb. Maraqlı və bilikli insandır.

Yenilikər çoxdur, daim öyrənmək və onlarla ayqlaşmaq lazımdıır. Düzü, burada elə şeylər gördüm ki, onların bizdə tətbiqi üçün çoxlu pul lazımdır.

Çox şey klubların imkanlarına bağlıdır".

Digər Xəbərlər
Xəbər Lenti