“Qəbələ”ən bahalı transferini ən sonda etdi

1 Sentyabr 2021 15:00 Qəbələ 1 772
“Qəbələ”ən bahalı transferini ən sonda etdi

“Qəbələ”, gözlənildiyi kimi, heyətinə daha bir legioner qatıb.

"Qırmızı-qaralar" iordaniyalı yarımmüdafiəçi Omar Hani ilə anlaşıb.

22 yaşlı cinah oyunçusu ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına vətənində başlayan vingerin ilk klubu "Əl-Faysali" olub. O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib.

2019 - 2021-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020 - 2021-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”sunda çıxış edib.

İordaniyanın U-19 və U-23 komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.ərəb legioner “Qəbələ”ni ailəsinin məsləhəti ilə seçib.

Hanı Azərbaycanda hər ay 5500 dollar qazanacaq. Bununla, o, əyalət təmsilçininin bu yay heyətinə qatdığı əcnəbi futbolçu olub.

Onun ilk ilindəki çıxışı məşqçilər korpusunu qane edərsə, növbəti mövsümdə əməkhaqqısı bir qədər də artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti