"Qəbələ" "Olimpiakos"dan (Nikosiya) Omar Haninin keçidini həll edib.
Sportinfo.az xəbər verir ki, bu barədə iordaniyalı hücumameylli yarımmüdafiəçi "Kerkida" nəşrinə açıqlamasında deyib.
22 yaşlı vinger əyalət təmsilçisi ilə müqavilə imzalamaq üçün Azərbaycana gəlib.
O, rəsmi oyunlara başlamazdan əvvəl məşqlərə, atmosferə uyğunlaşmaq məqsədilə "qırmızı-qaralar"a tez qoşulmaq istədiyini bildirib.
Omar Hani daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Feysali" və Kiprin APOEL komandalarında da çıxış edib.

